Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub

0

  • 2003 -cü il 15 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmışdır məhs həmən tarixdən Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev cənablarının davamçısı İlham Əliyev cənabları xalqın böyük əksəriyyətinin səs çoxluğunu toplayaraq ölkə başçısı seçilmişdir. İlham Əliyev cənabları hakimiyyətə gəldiyi andan bir an belə xalqın mənafeyini öz şəxsi maraqlarından üstün tutmamış hər zaman ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş məqsədyönlü siyasət yeritmişdir. Ölkə başçımız bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin bir nömrəli problemi olan Qarabağ münaqişəsinin həllini özünün prioritet məsələsinə çevirmişdir. Hakimiyyətdə olduğu bu illər ərzində yorulmadan əzm və istəklə ölkə iqtisadiyyatının dirçəldilməsi sənayenin bütün sahələrinin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycanın haqq səsini bütün beynəlxalq tribunalardan səsləndirməklə dünya ictimaiyyətini Ermənistanın təcavüzkar ölkə olduğunu ədalətsiz şəkildə ərazilərimizin 20 faizindən çoxunu qanunsuz şəkildə işğal etdiyini vurğulamışdır. Ötən illər ərzində İlham Əliyev cənabları iqtisadiyyatımızın digər sahələrinin qeyri neft sektorunun da inkişaf etdirilməsinə dair bir sıra mühüm sənədlər imzalamışdır. Müharibə şəraitində yaşamağımız bizim xüsusilə hərbi gücümüzün artırılması qüdrətli ordu quruculuğu yolunda önəmli addımlar atılmışdır ki bu günkü qüdrətli Azərbaycan ordusu İlham Əliyev cənablarının danılmaz əməyinin bəhrəsi onun yaratdığı əsrarəngiz sənət əsəridir bu həmin qüdrətli ordudur ki 44 günlük Zəfər savaşımızda dırnaqarası məğlubedilməz mifi yaradılmış erməni ordusunu darmadağın etdi bu qələbənin memarı Ali Baş Komandan bə onun rəhbərlik etdiyi Qüdrətli Azərbaycan Ordusudur. Artıq dünya dövlətləri Azərbaycanın türkün gücünə bələddir həm onlar həmdə erməni rəhbərliyi yaxşı bilir ki artıq bizimlə zor hədə güc yoluyla danışmaq onlar üçün yaxşı nəticələrə səbəb olmaz. Bu gün dünya dövlətlərini maraqlandıran mühüm məsələ enerji təhlükəsizliyi məsələsidir ki bu sahədə də Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləmişdir. Bunun əməli nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan, TRANSADRİATİK boru kəməri vasitəsilə Avropaya Azərbaycan neftinin və qazının maneəsiz və kəsintisiz çatırıması bütün bunlar İlham Əliyev cənablarının yorulmaz fəaliyyətinin nəticəsidir. Son 1 ildə ölkə başçımızın Şərqi Avropa ölkələrinə etdiyi rəsmi səfərləri bu ölkələrlə siyasi iqtisadi əlaqələrin daha da genişləndirilməsinə yönəlmişdir. Türkmənistanla əlaqələrin daha da genişləndirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etmişdir. İlham Əliyev cənabları azad olunmuş ərazilərimizin iqtisadiyyatının yenidən dirçəldilməsi insanların öz ata baba yurdlarına tez bir zamanda qayıtması üçün böyük quruculuq işlərinə start verilmişdir. Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün həm iqtisadi həmçinin də siyasi o cümlədən qürur və iftixar məsələsidir çünki bu ərazilər İrəvanda daxil olmaqla bizim tarixi dədə bala torpaqlarımızdır zaman dövr gələcək biz İlham Əliyev cənablarının rəhbərliyi altında şimallı cənublu 50 milyondan çox həmvətənlərimizi özündə birləşdirən ölkənin sakinləri olacağıq o gün uzaqda deyil. Yaşasın bütöv və bölünməz Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan İlham Əliyev Cənabları, Yaşasın qələbə sevincini bizlərə yaşadan Azərbaycan Ordusu.  Anar Əbdülov,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib41 dəfə
    prezident İlham Əliyev azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub

    Maraqlı gələ bilər
    94
    31
    36